Estoniya xarici işlər naziri Marqus Tsahkna saat 10:00-dan etibarən Rusiya nömrəli avtomobillərin ərazisinə buraxılmasını dayandırıb.
Oxu24.com xəbər verir ki, bu barədə Tsahkna özünün X (keçmiş Twitter) səhifəsində yazıb: “Ukrayna qalib gələnə qədər onlar azadlığın gətirdiyi imtiyazlardan istifadə etməməlidirlər”.
Bu qərar Avropa Komissiyasının 8 sentyabr tarixli tövsiyələri əsasında qəbul edilib. Bu tövsiyələrə görə, ruslar Rusiyada qeydiyyatda olan avtomobillərlə Avropa Birliyinə daxil olmamalıdırlar. Avropa Komissiyası dünən avtomobillərə diqqət yetirərək tövsiyələrini yenilədi.
2022-ci ildə Estoniya artıq Şengen zonasından kənar ölkələrdən turist vizası olan ruslara icazə verməyi dayandırıb.
Latviya Xarici İşlər Nazirliyi də Avropa Komissiyasının tövsiyələrini dəstəkləyib. Litvanın xarici işlər nazirinin müavini Jovita Neliupsiene tövsiyələrlə razılaşdı, lakin Kalininqrad vilayətinə gedən avtomobillər üçün istisna əlavə etdi.
Eyni zamanda, Finlandiya Avropa Komissiyasının göstərişlərinə əməl etməmək və öz sərhədində Rusiya dövlət nömrə nişanlı avtomobilləri müsadirə etməmək qərarına gəlib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR