Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Gürcüstanda hərbi baza tikir?

DÜNYA

168

13.09.2023, 20:43

Gürcüstanın Müdafiə Nazirliyi müxalif televiziya kanalının ABŞ-ın Tbilisiyə Amerika hərbi bazasının bu ölkədə yerləşdirilməsi ilə bağlı danışıqlara başlamasını təklif etməsi ilə bağlı yaydığı məlumatı təkzib edib.

Oxu24.com xəbər verir  ki, bu barədə  Gürcüstanın  Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, məlumat "müəyyən media orqanları və siyasi motivli şəxslər tərəfindən dezinformasiya kampaniyası aparmaq üçün istifadə olunur".

Bir gün əvvəl müxalif “Mtavari Arkhi” telekanalı xəbər vermişdi ki, bir müddət əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Gürcüstana səfəri zamanı hakim “Gürcü arzusu” partiyasına hərbi bazanın yerləşdirilməsi məsələsi ilə bağlı danışıqlar aparmağı təklif edib. Telekanalın məlumatına görə, Ostin Gürcüstan hakimiyyəti tərəfindən rədd cavabı alıb, lakin bu fakt Gürcüstan hakimiyyəti tərəfindən gizlədilib.

 

Müəllif: Nigar