Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95176
az

Kapital Bank 10 tələbəyə təhsil təqaüdü verdi

18:4213 Sentyabr, 2023
227
  • A

Kapital Bank 10 tələbəyə təhsil təqaüdü verdi

Qırmızı Ürəklər Fondunun “Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən “Onu oxut” aksiyasına ilk olaraq Kapital Bank qoşuldu. Ölkənin birinci bankının aksiyaya ianə etdiyi 15 000 AZN məbləğlə 2023/2024-cü tədris ilində 10 tələbəyə təhsil təqaüdü veriləcək.

 

Xatırladaq ki, “Onu oxut” ianə aksiyasıdır. Aksiyanın məqsədi 600 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır. Hazırda aksiyanın imkanlarından yararlanmaq istəyən 30-a yaxın tələbə Qırmızı Ürəklər Fonduna müraciət edib: //bit.ly/rhttqv.

 

Aksiyaya qoşularaq gənclərin təhsil almaq və daha gözəl gələcək qurmaq arzularına yardımçı olmaq mümkündür. İanələri Fondun veb-saytı  //bit.ly/rhttq, Kapital Bank terminalları, o cümlədən Birbank mobil tətbiqi ilə etmək olar. Etdiyimiz gözəl əməllərin bizə geri qayıtdığını bilərək  “Onu oxut”a dəstək ola bilərsiniz.

 

Qırmızı Ürəklər 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək
Pezeşkianın bu sözləri gündəm oldu: “Evdə həmişə türkcə danışırdım və...”

Şuşada TDT-nin dövlət başçılarının Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış etdi -YENİLƏNDİ

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat