Oxu24.com xəbər verir ki,“Sky News” Ukrayna və Qərb mənbələrinə istinadən xəbər verir ki, çərşənbə günü, sentyabrın 13-nə keçən gecə Ukrayna Sevastopola hücum edərək, Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketləri ilə Rusiyanın sualtı qayığını və gəmisini vurub.
"Bu, Fırtına Kölgəsi idi" deyə mənbə bildirib.
Böyük Britaniya Müdafiə Nazirliyi hələlik şərh verməyib, lakin Britaniya Kral Dəniz Qüvvələrinin rəhbəri admiral Ben Key Ukraynanın Rusiya gəmilərinə hücumunu şərh edib.
O vurğulayıb ki, ukraynalılar “innovativ düşüncə və risk almağa hazır olmaq vasitəsilə nələrin edilə biləcəyini nümayiş etdirirlər”.
Sky News yazır ki, bu, bütün müharibə ərzində Rusiya sualtı qayığına məlum olan ilk uğurlu hücumdur.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR