Aşiqlərə xas olan “Qarnımda kəpənəklər uçur” klişesi ikinci yarısını tapan hər kəs üçün yeni məna ifadə edir. Əslində sizə lazım olan insanı sadəcə ürəyiniz müəyyənləşdirmir. Bunu bədən də təyin edə bilər. Və bu, uydurma yox, psixologiya elmində sübut olunmuş faktlardır. İlk baxışda çox bəyəndiyiniz insanın yanında olarkən göstərdiyiniz anlaşılmaz fiziki reaksiyaları xatırlayın... Əgər ruh əkizini tapdığınızı hələ də anlaya bilməmisinizsə, sizə sakitləşməyi və bədən dilini dinləməyi məsləhət görürük.Oxu24.com oxucuları ikinci yarını tapdığınızı müəyyənləşdirməyə kömək edən əlamətlərlə tanış edib.
İşarələrləƏlbəttə ki, həkimə gedib “Ruh əkizimi tapmışammı” sualı ilə müraciət edə bilmərsiniz. Lakin bədən qarşı tərəfin xüsusi statusu barədə danışan bəzi işarələr verə bilər.
İstilikYanında olduğunuz zaman istilik və səmimiyyət hiss edirsiniz. Əgər tanış olduğunuz insan sizdə narahatçılıq və soyuqluq hissi doğurursa, onunla vidalaşıb öz yolunuzla getməyə dəyər. Yadda saxlayın ki, yaxşı münasibətlər həmişə istilik yayır və rahatlıq verir.
OptimizmƏgər münasibətlərdə daim depressiyaya düşürsünüzsə, deməli, sevgili seçimində yanılırsınız. Lakin hər dəfə onunla görüşəndə özünüzü inanılmaz dərəcədə pozitiv hiss edirsinizsə, bu, onu göstərir ki, doğru insanla birlikdəsiniz. Qısa desək, sözün əsl mənasında tayınızı tapmısınız, onunla stəkanınız həmişə dolu olacaq.
MotivasiyaSevdiyiniz insanın yanında olarkən sizə müsbət enerji dalğaları ötürülür. Bu zaman ondan böyük ölçüdə dəstək hiss edirsiniz. Bu, sizi daha çox məhsuldarlığa həvəsləndirir.
Əgər o, sizi özünüzü süst hiss etməyə məcbur edirsə və ya enerjinizi sorursa, bu, onun əlamətidir ki, münasibətlər yanlış formalaşır.
Özün ol Yanında özü kimi ola bilən hər kəs özünü yaxşı hiss edir. Bizə bunu etməyə icazə verməyən insanlarla öz aramızda görünməz baryer qoyuruq. İdeal sevgili odur ki, aranızda heç bir sərhəd qoymur və sahib olduğunuz kimliyinizi mühakimə etmir.
Qoxu
Belə bir iddia mövcuddur ki, iy duyğusu bədənin 5 duyğu üzvü arasında ən güclüsüdür. Əgər onun qoxusu sizi xoşbəxt edirsə və ya sevgi hissləri doğurursa, bu onun parlaq və güclü göstəricisidir ki, siz xüsusi insanı tapmısınız. Nəticədə insanlar da, heyvanlar da öz iy duyğusu istifadə edir!
Sağlamlıq
O, özünüzü daha sağlam hiss etməyə məcbur edir. Əgər sizdə onunla birlikdə daha sağlam həyat tərzi sürmək arzuları meydana çıxırsa, bu oğlan ürəyinizdə böyük yer tuta bilər. Mümkündür ki, o, uzun müddət yolunu gözlədiyiniz şəxs olsun. Əgər onunla özünüzün daha yaxşı versiyası - məni ola bilirsinizsə, deməli, o, sizə lazım olan insandır.
İntuisiya
Ola bilsin ki, intuisiyanın dəqiq bir elmi əsası yoxdur, lakin həyatda baş verən bir çox məsələ məhz onunla bağlıdır. Təsadüfi deyil ki, intuisiyanı bir çox hallarda 6-cı hiss adlandırırlar. Odur ki, intuisiya hər hansı şəxsin sizə uyğun olduğunu müəyyən edən ən güclü göstərici ola bilər.
Empatiya
Başına xoşagəlməz hadisə gələndə və ya əzab çəkəndə, bunu qəfil hiss edirsiniz. Qəlbinizə səbəbi bilinməyən sancı girir. Əgər biz kimisə həqiqətən də seviriksə, onun ağrılarını dərindən hiss edirik. Əgər yaxınınızın çəkdiyi əzab əhval-ruhiyyənizə və ya fiziki aktivliyinizə bu və ya digər formada təsir edirsə, bu, onun əlamətidir ki, siz bir-biriniz üçün yaradılmısınız.
Qucaqlaşma Unutmayın ki, iki insan aralarındakı kimya və ya enerji ahəngini hiss edirsə, onlar bir-birini qorumağa və münasibətlərini möhkəmləndirməyə çalışacaq. Belə münasibətlərdə biri qəfildən yoxa çıxmır, çünki bununla digərinə nə qədər ağrı verə biləcəyini hiss edir. Belə cütlüklər bir-birinin zənglərini və mesajlarını cavabsız qoymur, çünki bu münasibət onlar üçün dəyərlidir. Onlardan hər hansı biri sərbəst münasibət qurmağı təklif etməyəcək. Çünki o, sizdən başqası haqqında fikirləşə bilmir. O, xəyalən daim sizinlə olacaq və siz bunu hiss edəcəksiniz. Siz qarşı tərəfin hisslərindən şübhələnməyəcəksiniz, çünki emosiya və hisslərin daimi təsdiqini alacaqsınız. Siz bir-birinizlə həmişə açıq və səmimi olacaqsınız, çünki münasibətlərin səmimiyyət üzərində qurulmasını ikiniz də istəyirsiniz.
Psixoloqların sözlərinə görə, insanların sevgi münasibətlərində bir çox səhvə yol verməsinin başlıca səbəbi odur ki, onlar ruh əkizini gözləməyə malik deyil. Gənc olanda bizə lazım olan insanın hansı xüsusiyyətlərə sahib olmasını bilmirik, odur ki, xoşbəxtlik əvəzinə təcrübə qazanırıq.
Sual verə bilərsiniz ki, 30, 40 və ya 50 yaşına qədər tənha yaşayaq? Cavab belədir: burda bir neçə müxtəlif vəziyyətlər ola bilər. Tənha insanların tək yaşamasının əsas səbəbi odur ki, onlar bilərəkdən və bilməyərəkdən ürəyini bütün digər variantlara bağlı elan edib. Onlar yeni münasibətlərə başlamaqdan qorxur və hər kəsi keçmiş sevgilisi ilə müqayisə etməyə başlayır. Beləliklə, bu adamlar özləri özlərinə "subaylıq çələngi" taxır.
Amma həyatı sevən, hər yaşın gətirdiyi gözəlliyi və hər anı qiymətləndirən, dünyadan zövq alan, özünü sevən, özünə güvənən və 7 milyard arasında ruh əkizi olduğuna, eyni düşüncədə olan yarını tapacağına inanan pozitiv insanlar da var. Əsas odur ki, sizə layiq olan insanı gözləməyə dəyər. Oxu24.com
ŞƏRHLƏR