Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95155
az

Çinli məmur rüşvətə görə edam edilib

19:3812 Sentyabr, 2023
122
DÜNYA
  • A

Çinin ən böyük sığorta şirkətlərindən biri olan "China Life Insurance"ın direktorlar şurasının keçmiş sədri Vanq Venbin iki il müddətinə edam möhləti ilə edam cəzasına məhkum edilib.

Oxu24.com xəbər verir  ki,Çin Mərkəzi Televiziyasının məlumatına görə, müvafiq qərarı Cinan şəhərinin Aralıq Xalq Məhkəməsi qəbul edib.


Şirkətin partiya komitəsinə də rəhbərlik edən keçmiş məmur rüşvət almaqda, eləcə də xaricdəki əmlakını gizlətməkdə təqsirli bilinib. Məhkəmə qərarında deyilir ki, iki il müddətinə möhlət verildikdən sonra qanuna uyğun olaraq cəza azadlığa buraxılmamaq şərti ilə ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunacaq. Vanq Venbinin bütün şəxsi əmlakı və aktivləri də dövlətə müsadirə edilməlidir.

Vanq Venbin 1997-2021-ci illərdə müxtəlif dövlət vəzifələrində çalışıb. Bu müddət ərzində o, birbaşa və ya üçüncü şəxslər vasitəsilə ümumilikdə 325 milyon yuan (45,7 milyon dollar) məbləğində rüşvət alıb. Bundan əlavə, o, qanunsuz olaraq xaricdə təxminən 56,42 milyon yuan (7,9 milyon dollar) gizlədib.

Keçmiş məmura qarşı ittihamlar 2023-cü ilin yanvarında irəli sürülüb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Tbilisi Saakaşvilinin başlatdığı müharibəyə görə onlardan ÜZR İSTƏYƏCƏK
Əlcəzairin hazırkı prezidenti yeni müddətə yenidən seçilib
Ermənistan kömək üçün Hindistana üz tutdu


Qalmaqallı hakim məhkəmə sistemindən QOVULDU -FOTO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
“Sakit infarktı” necə tanımalı? Onu heç hiss etməmək mümkündürmü?

Bu ölkənin prezidenti hücuma məruz qaldı: xənçərlə başından vurdular