Prezident Vladimir Putin amerikalı mühəndis və iş adamı İlon Mask haqqında müsbət fikirlər səsləndirib, onu görkəmli, aktiv və istedadlı insan adlandırıb.
Oxu24.com xəbər verir ki,bu sözləri Rusiya lideri Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.
"Əlbəttə ki, o, görkəmli insandır. Bunu etiraf etmək lazımdır, amma düşünürəm ki, bu, bütün dünyada tanınır", - Putin deyib.
Daha əvvəl İlon Mask Ukrayna Silahlı Qüvvələrinin uğursuzluğu ilə bağlı məqaləni iki sözlə şərh edərək, jurnalistin arqumentləri ilə razılaşmışdı.
. Sentyabrın 7-də isə CNN telekanalı İlon Maskın Rusiyanın Qara Dəniz Donanmasına hücumun qarşısını almaq üçün Krım sahillərində Starlink peyk rabitəsini qəsdən dayandırdığını iddia edən material yayıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR