Suriyadakı gərginlik fonunda Rusiya İsrail ilə birlikdə İrana qarşı hərəkətə keçə bilər.
Bu barədə Yeniakit.com.tr məlumat yayıb.
Bildirilib ki, son 10 gündür ki, Suriyada İran və Rusiyanın dəstəklədiyi qüvvələrin silahlı atışmaları Moksva və Tehran arasındakı gizli gərginliyin göstəricisidir.
“Rusiya və İran Suriya məsələsində biri-birindən uzaqlaşdığı halda yeni ittifaq meydana çıxır: Rusiya və İsrail... Bu iki ölkənin İranın Suriyadakı təsirinin azaldılması məsələsi birləşdirir. Tehran getdikcə yalnızlaşır”, - deyə məqalədə bildirilib. Oxu24.com
ŞƏRHLƏR