Oxu24.com RMF24 -ə istinadən xəbər verir ki, Polşa hökuməti Avropa İttifaqı tərəfindən sentyabrın 15-də məhdudiyyətlər başa çatdıqdan sonra belə, Ukrayna taxılının idxalına qoyulan qadağanın müddətini uzatmaq qərarına gəlib.
Polşa Nazirlər Şurası sentyabrın 12-də keçirilən iclasda Ukraynadan bəzi kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlərin davam etdirilməsinə səs verib.
Qətnamədə Avropa Komissiyasından Ukraynadan taxıl idxalına qoyulan qadağanın müddətinin uzadılması tələb olunur.
Aİ-dən cavab gəlməsə, Polşa iki ölkə arasında mövcud olan aqrar mübahisələr həll olunana qədər özəl olaraq qadağa qoymağa hazırdır.
Qətnamədə deyilir ki, Polşanın əsas məqsədi kənd təsərrüfatı bazarının sabitliyini təmin etmək və yerli istehsalçıları dəstəkləməkdir.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR