Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərov vəzifədən azad edilib.
OXU24.COM xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəisinin əməliyyat üzrə müavini, polis polkovniki Ramil Mustafayev vəzifədən azad edilərək Lerikə rəis göndərilib.
Oxu24.com
ŞƏRHLƏR