Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95086
az

Bu gün rusların daha çox silahı var, amma...

12:4410 Sentyabr, 2023
252
SİYASƏT
  • A

Bu gün Ukrayna ordusu təkcə döyüşə hazır deyil, həm də Rusiyanın işğal etdiyi əraziləri çox qısa biq zamanda azad etməyə qadirdir. Lakin bunun üçün ordu ən azı silah sayına görə ruslarla bərabər olmalıdır.

OXU24.COM  Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosuna müsahibəsində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar danışıb.

“...Ukrayna ordusunun ruhu zəifləməyib, o, müharibənin əvvəlindəki kimi güclüdür. Amma heş olmasa ruslarla bərabər silahlarımız olsaydı, ərazilərimizi qısa zamanda azad edə bilərdik”.

Bunu deyən Malyarın fikrincə, bu gün rusların daha çox silahı var və Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətini ləngidən də məhz budur.

...Bizim ruslara onlar qədər hücumlarla cavab vermək imkanımız yoxdur. Müvəqqəti olaraq işğal olunmuş ərazilərimizin radiusunda olan əraziləri tamamilə azad etmək üçün hələ də uzaqmənzilli silahlardan istifadə etmək üçün kifayət qədər resursumuz yoxdur. Təəssüf ki, biz hər gün mülki və hərbi infrastruktura raket hücumlarından əziyyət çəkirik və bu gün səmanı tamamilə bağlaya bilmirik.

Ona görə də, Ukraynanın ehtiyacı səmanı qorumaq üçün hava hücumundan müdafiə sistemi, eləcə də uzaq mənzilli silah və təyyarələrdir.

Qeyd edək ki, Anna Malyar ayrı-ayrılıqda gündəlik istehlak edilən və Rusiyanın böyük üstünlüyə malik olduğu döyüş sursatı ehtiyacına diqqət çəkib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Harbinə getdi
Ərdoğan:
Ermənistanı QARIŞDIRACAQ AÇIQLAMA:

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO