Bu gün Ukrayna ordusu təkcə döyüşə hazır deyil, həm də Rusiyanın işğal etdiyi əraziləri çox qısa biq zamanda azad etməyə qadirdir. Lakin bunun üçün ordu ən azı silah sayına görə ruslarla bərabər olmalıdır.
OXU24.COM Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosuna müsahibəsində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar danışıb.
“...Ukrayna ordusunun ruhu zəifləməyib, o, müharibənin əvvəlindəki kimi güclüdür. Amma heş olmasa ruslarla bərabər silahlarımız olsaydı, ərazilərimizi qısa zamanda azad edə bilərdik”.
Bunu deyən Malyarın fikrincə, bu gün rusların daha çox silahı var və Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətini ləngidən də məhz budur.
...Bizim ruslara onlar qədər hücumlarla cavab vermək imkanımız yoxdur. Müvəqqəti olaraq işğal olunmuş ərazilərimizin radiusunda olan əraziləri tamamilə azad etmək üçün hələ də uzaqmənzilli silahlardan istifadə etmək üçün kifayət qədər resursumuz yoxdur. Təəssüf ki, biz hər gün mülki və hərbi infrastruktura raket hücumlarından əziyyət çəkirik və bu gün səmanı tamamilə bağlaya bilmirik.
Ona görə də, Ukraynanın ehtiyacı səmanı qorumaq üçün hava hücumundan müdafiə sistemi, eləcə də uzaq mənzilli silah və təyyarələrdir.
Qeyd edək ki, Anna Malyar ayrı-ayrılıqda gündəlik istehlak edilən və Rusiyanın böyük üstünlüyə malik olduğu döyüş sursatı ehtiyacına diqqət çəkib.
Oxu24.com
ŞƏRHLƏR