Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95084
az

Sabirabadda dəhşətli hadisə: Arvadını bibisi oğluyla tutdu, sonra... - Şok təfərrüat

10:4810 Sentyabr, 2023
246
CƏMİYYƏT
  • A

Sabirabad rayonunda 1992-ci il təvəllüdlü Qulu qısqanclıq zəminində həyat yoldaşı Gülsümü (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

OXU24.COM  bildirir ki, Qulu ailə münasibətləri pozulduğu üçün atası evinə getmiş arvadı Gülsümün qohumu Fərhadla intim münasibətdə olmaqla ona xəyanət etməsinə görə qisas niyyəti ilə öldürmək qərarına gəlib.

Bu məqsədlə 20 oktyabr 2022-ci ildə saat təxminən 13 radələrində yaşadığı evdən bıçaq götürərək qayınatası Səlimin evinin önünə gəlib. O, Səlimin və qaynı Sadiqin evdən getmələrini gözləyib. 15.02-də onların evdən getdiyini görüb.

Bundan sonra qayınatasının evinə girib. Evin yataq otağında olan arvadına yaxınlaşıb və söhbət etmək adı ilə evdən çıxarmağa çalışıb.

Bu vaxt orada olan 2014-cü il təvəllüdlü qızı Könül onun bel nahiyəsində gizlətdiyi bıçağı görüb. Könül anasını vuracağını düşünərək dərhal bıçağı götürüb və evin həyətinə atıb.

Qulu həyətdən bıçağı götürüb. Bu vaxt həyətə çıxan Gülsümə yaxınlaşaraq, anası və qızının gözləri qarşısında arvadına 20 zərbə vurub.

Gülsüm hadisə şahidlərinin köməkliyi ilə vaxtında xəstəxanaya çatdırıldığı üçün ona ixtisaslı tibbi yardım göstərilib. Bu səbəbdən onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Qulunun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Nahid Hüseynovun icraatında araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Qulu özünü ittiham üzrə qismən təqsirli bilib. O, ittiham üzrə özünü Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə təqsirli bildiyini deyib.

"Polisə gedərək təslim oldum"

Qulu bildirib ki, həyat yoldaşı Gülsümün boğazı ağrıdığından müalicə olunması üçün onu qaynatasının evinə qoyub:

"20 oktyabr 2022-ci ildə yoldaşımı götürmək üçün həmin evə getdim. Mənzilə daxil olmadan evin qapısından Gülsümü çağırdım. Çölə çıxanda ona evə getməyi təklif etdim. Gülsüm mənə cavab vermədi, otağa keçdi. 2-3 dəqiqə gözlədim, onun telefonla kiminləsə danışdığını gördüm. Sonra əsəbiləşərək evə girdim.

Gülsümün kiminləsə danışmasından şübhələndim. Adını çəkmək istəmədiyim şəxslə arasında olan münasibətləri yanlış başa düşdüyümdən onunla mübahisə etdim. Bıçaqla Gülsümə bir neçə zərbə vurdum. Sonra polis şöbəsinə gedərək təslim oldum".

"Özümlə bıçaq aparmamışam"

Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirib ki, Gülsümlə 2014-cü ildə ailə həyatı qurub, iki uşaqları olub:

"Heç bir əsas olmadan Gülsümdən şübhələndim. Sadəcə onun telefonla danışdığını bildim və bunu səhv başa düşdüm. Gülsümü öldürmək istəməmişəm. Onlara gedərkən özümlə bıçaq aparmamışam. Həmin evdə olan bıçaqla Gülsümə xəsarət yetirmişəm. 4-5 bıçaq vurduğumu xatırlayıram. Qalan xəsarətləri, həmçinin Gülsümün hansı nahiyələrinə xəsarət yetirməyim yadımda deyil. Yadında qaldığı qədəri ilə yanımızda heç kim olmayıb. Gülsümlə qızım Vüsalə qayınatamgildə, digər qızım Səkinə isə mənim evimdə qalırdı".

Təqsirləndirilən şəxs əlavə edib ki, hadisə günü qayınatasının evinə daxil olanda Gülsümün yanında qızı Vüsaləni görməyib: "Həyat yoldaşımdan hadisə günü onun telefonla danışması səbəbindən şübhələndim. Şok vəziyyətində olduğumdan polis şöbəsində olarkən fərqli fikirlə söyləmişəm. Hadisə baş verən günü qayınatamın evində yoldaşım Gülsüm olub, başqa şəxsləri görməmişəm. Qayınatamgilə getməkdə məqsədim Gülsümü evimə aparmaq olub. Onu öldürmək istəsəydim, öldürə bilərdim".

Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlər olduğunu müəyyən edib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə açıqlanıb.

"Evi tərk etməsini tələb etdim"

Qulu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Gülsümlə birgə nikahından 2015-ci il təvəllüdlü Vüsalə, 2017-ci il təvəllüdlü Səkinə doğulub, ailə qurduqdan sonra arvadı və uşaqları ilə birgə valideyinləri, qardaşları ilə Sabirabad rayonunun kəndində yaşayıb: "Ailə münasibətlərimiz yaxşı olub. Təxminən 12 oktyabr 2022-ci ildə, axşam saatlarında arvadım həyətə düşdü. 5 dəqiqə sonra mən də onun ardınca həyətə çıxdım.

Gülsümün hasarın küncündə telefonla kiminləsə yazışdığını gördüm. Yaxınlaşaraq telefonu əlindən aldım. Telefona baxanda Gülsümün bibiM oğlu Fərhadla "WhatsApp" sosial şəbəkəsində bir-birinə sevgi məzmunlu mesajlar yazdığını gördüm.

Gördüklərimdən dəhşətə gəldim və ondan məsələyə aydınlıq gətirməsini tələb etdim. Gülsüm ağlayaraq məndən bağışlanmağımı xahiş etsə də, onu bağışlamayacağımı bildirdim, evi tərk etməsini tələb etdim".

"Xəyanət etdiyini demədim"

Qulunun sözlərinə görə, səhəri gün səhər saatlarında Gülsümün qardaşı Sadiqə zəng edib və Gülsümü gələrək aparmasını tapşırıb:

"Lakin Sadiqə Gülsümün mənə xəyanət etdiyini söylədim. Sadəcə Gülsümün onlara bir neçə günlük qonaq getmək istədiyini dedim. Günorta saatlarında Sadiq "VAZ-21207" markalı avtomobili ilə Gülsümü və qızım Vüsaləni evlərinə apardı, kiçik qızım Səkinə isə mənimlə qaldı. Sabirabad rayon Məhkəməsinə getdim. Gülsümdən boşanma barədə ərizə ilə müraciət etdim".

"Dedi ki, boşansam, özünü öldürəcək"

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 19-da saat 19-20 radələrində arvadı Gülsüm qardaşı Sadiqin telefon nömrəsi ilə ona zəng edib və səhəri gün atası evinə gəlməyi xahiş edib:

"Telefonda dedi ki, məndən boşanmaq, aramızda olan məsələni aydınlaşdırmaq, bu barədə söhbət etmək üçün görüşmək istəyir. Həmçinin dedi ki, ondan boşansam, özünü öldürəcək. Həm də dedi ki, bibisi oğlu Elçinlə arasında olanlara aydınlıq verəcək. Mən də ona söylədim ki, sabah gələndə Vüsaləni də özümlə evimə aparacam".

"Təslim oldum"

Qulunun ifadəsinə görə, səhəri gün yoldan keçən tanımadığı taksi ilə Sabirabad şəhərinə yola düşüb, saat 15.20-də qayınatası Səlimgilə gəlib:

"Qapını açıb həyətə daxil oldum. Həyətdə qayınanam Bahar, qaynımın arvadı Mələk, Gülsüm və qızım Vüsalə vardı. Onlarla salamlaşdım, Gülsümə dedim ki, Vüsaləni aparmağa gəlmişəm. Gülsüm yenə də mənə ayrılacağım halda özünü öldürəcəyini dedi. Mən isə xəyanət etdiyini, ondan boşanacağımı dedim.

Gülsüm bıçaq çıxardı, sinə, qarın nahiyəsinə xəsarətlər yetirməyə başladı. Özünə xəsarət yetirməsinin qarşısını almaq üçün ona yaxınlaşdım. Bu zaman qayınanam Bahar və Mələk qolumdan tutdular, Gülsümə yaxınlaşmağımın qarşısını almağa çalışdılar. Hətta Bahar əlinin arxası ilə məni vurdu, dodağımı qanatdı. Bahar və Mələyin əlindən çıxdıqdan sonra bıçağı Gülsümün əlindən aldım.

Həmin bıçağı da özüm ilə götürərək həyətdən çıxdım, birbaşa Sabirabad rayon polis şöbəsinə gedərək könüllü şəkildə təslim oldum. Polis əməkdaşlarına arvadım Gülsümün özünə bıçaqla xəsarət yetirməsinə mane olduğumu, lakin qarşısını ala bilmədiyimi dedim".

"İntim münasibət olmayıb"

İş üzrə zərərçəkmiş Gülsümün sözlərinə görə, ailə qurduqdan sonra əri Qulu və onun ailə üzvləri ilə birlikdə kənddə qayınatasına məxsus evdə yaşayıb:

"Ərim günəmuzd fəhləçilik etməklə ailəsini dolandırıb. Ailə münasibətlərimiz yaxşı olub. Qulunun bibisi oğlu Fərhad valideynləri və ailəsi ilə qonşuluqda yaşayır. Məlum hadisədən təxminən 5-6 ay öncə istifadəmdə olan nömrədən "WhatsApp" şəbəkəsində Fərhad mesajlar yazaraq onunla sevgi münasibətləri yaratmağa çalışdım. Fərhadla ünsiyyət yaratmaqda məqsədim onunla asudə vaxtımı keçirmək olub. Fərhad da öz növbəsində mesajlarımı cavablandırdı, mənə qarşı biganə olmadığını dedi.

Həmin vaxtdan mütəmadi olaraq "WhatsApp" şəbəkəsində zəngləşir, danışır və mesajlaşmışıq. Axşam və gecə vaxtları isə Fərhadla həyətimizin çəpərinin yanında söhbət etmişik. Lakin aramızda intim münasibət olmayıb".

"Bizi bir yerdə gördüyünü dedi"

Zərərçəkmiş qeyd edib ki, Fərhada hansısa fotosunu, videosunu göndərməyib, onun tərəfindən şantaj olunmayıb: "Fərhadla aramızda olan münasibətlərdən əvvəllər Qulunun və ya digər şəxslərin xəbəri olmayıb.

Sonuncu dəfə, məlum hadisədən 4-5 gün öncə, 14-15 oktyabr 2022-ci ildə, axşam saat 21-22 radələrində "WhatsApp"da Fərhada mesaj yazdım, harada olduğunu soruşdum. Fərhad mesajımı cavablandıraraq küçədə olduğunu dedi. Ona çəpərin yanına gəlməyi tapşırdım. Dərhal çəpərin yanına getdim və az sonra Fərhad da yanıma gəldi. Biz söhbət etməyə başladıq.

İki-üç dəqiqə sonra Fərhad mənə qaynım Vüsalın bizi bir yerdə gördüyünü dedi, ona görə də tez getməyi tapşırdı. Mən də tez evə getdim".

"Həkimə getmək adı ilə atamgilə yollandım"

Zərərçəkmiş qeyd edib ki, səhəri gün saat 8 radələrində Vüsal təklikdə ona yaxınlaşıb, əvvəlki gün Fərhadla söhbət edən yerdə onu gördüyünü, ona görə artıq Qulu ilə birgə ailə həyatını davam etdirməyinin mənasız olduğunu, onların ailəsini rüsvay etdiyini, sakitcə evdən getməli və Quludan boşanmalı olduğunu bildirib:

"Vüsala yalvararaq bağışlanmağımı, Fərhadla məni bir yerdə gördüyünü heç kəsə deməməyi xahiş etsəm də, o, yalvarışlarıma əhəmiyyət vermədi, evdən getməyimi tələb etdi. Həmin ərəfələrdə boğazım iltihablaşdığı üçün ərim Quluya həkim müayinəsinə getməli olduğumu bildirdim, qardaşım Sadiqin gələrək məni həkimə aparmağına icazə verməyi xahiş elədim.

Həkimə getmək, istirahət etmək bəhanəsi ilə atam evinə getməyə qərar verdim. Buna görə də qardaşım Sadiqə zəng etdim. Zəngimdən təxminən bir saat sonra qardaşım avtomobili ilə gəldi. Məni uşaqlarım - Vüsalə və Səkinə ilə birgə atam evinə apardı. Bununla da həkimə getmək bəhanəsi ilə atamgilə yollandım.

Elə həmin gün anam taksi ilə məni Sabirabad xəstəxanasına apardı. Tanımadığım boğaz həkim məni müayinə etdi, boğazımı dərmanladı və biz evə qayıtdıq".

"Məni boşayacağını dedi"

Zərərçəkmiş bildirib ki, anası Naziləyə Fərhadla arasında olanları, Vüsalın onları gördüyünü, bu səbəbdən gəldiyini deyib: "Anam dediklərimdən çox məyus oldu. Mənə səhvə yol verdiyimi, etdiyim səhvin nəticəsində ailəmin dağılacağını dedi. Səhəri gün Vüsala zəngi etdim və bir daha ondan xahiş etdim ki, Fərhadla aramızda olanlar barədə Quluya deməsin.

Lakin Vüsal evə qayıtsam, Fərhadla münasibətimin olması barədə hamıya deyəcəyini bildirdi. Mən nə qədər ağlasam, yalvar-yaxar etsəm də, Vüsal mənə qulaq asmadı. Buna görə də qərara aldım ki, baş verənlər barədə Quluya özüm deyim.

Vüsalla danışdıqdan az sonra Quluya zəngi etdim, ağlaya-ağlaya Fərhadla bir-iki dəfə telefonda söhbət etdiyimi, sonuncu dəfə həyətdə Fərhadla danışarkən Vüsalın bizim söhbət etdiyimizi görərək ifşa etdiyini dedim. Bu sözlərimi eşidən Qulu əsəbləşdi və məndən boşanacağını dedi, telefonu üzümə söndürdü".

Gülsüm qeyd edib ki, təxminən həftənin birinci günü, yəni atası evinə gəldikdən iki-üç gün sonra Qulu qardaşı Sadiqə zəngi edib və ondan boşanması barədə məhkəməyə müraciət etdiyini deyib: "Təbii ki, bu xəbərdən pis oldum. Həmçinin qızım Səkinə atasına çox bağlı olduğu üçün mənimlə qalmaq istəmədi. Buna görə həmin gün Qulu qardaşımla görüşdü və Səkinəni ondan aldı".

"Səhv etdiyimi deyərək bağışlanmasını istədim"

Zərərçəkmiş ifadəsində həmçinin məlum hadisədən danışıb:

"Oktyabrın 20-də, saat 11 radələrində bütün ailə üzvləri evdə olarkən Qulu qardaşım Sadiqə zəng edərək küçədə olduğunu, onunla bir-iki kəlmə söhbət etmək istədiyini dedi. Qardaşım küçəyə çıxdı. Qulu küçədə yolun başında idi, qardaşım ona yaxınlaşaraq onunla görüşdü.

Qulu məndən nəyə görə ona Fərhadla xəyanət etdiyini soruşdu. Yalvararaq səhv etdiyimi dedim, bağışlanmasını istədim. Quluya təxminən 10 dəqiqə dialoqumuz oldu. Daha sonra atam Səlim, anam Nazilə də yanımıza gəldilər. Qulu artıq boşanacağımızı, daha söhbət etməyin mənası olmadığını dedi, oradan getdi.

Evə gəldikdən sonra anamgilin yataq otağında çarpayıda yatdım. Yuxuda olduğum vaxt evdən Qulunun səsini eşitdim. O, anamdan mənim harada olduğumu soruşurdu. Səsi eşidən kimi oyanıb çarpayıdan qalxdım.

Bu vaxt Qulu otağa daxil oldu və mənə həyətə çıxmağı tapşıraraq sözünün olduğunu bildirdi. Qulu ilə otaqdan qonaq otağına çıxdım. Məndən nəyə görə Fərhadla ona xəyanət etdiyimi soruşdu. Bu vaxt anam diz çökdü, Quluya yalvardı ki, nə söhbət varsa, evdə etsin, mənə heç nə eləməsin. Bu vaxt gəlinimiz də yuxudan oyandı. Anam gəlinimizə tez polisə xəbər verməyi tapşırdı.

Gəlinimiz cəld otağına keçdi. Qulu da onun otağına tərəf getdi, heç kəsə zəng edib heç nə deməməyi xahiş etdi. Sonra yenidən yanıma qayıtdı. Bu vaxt qızım Vüsalə Qulunun belində bıçaq gördü. Cəld bıçağı Qulunun belindən çıxardı və eyvana çıxdı, həyətə atdı.

Qulu da onun dalınca çıxdı. Mən də onların arxasınca çıxdım, Qulunun heç nə etməməsi üçün Vüsaləni də götürərək evə saldım, qapını bağlamaq istədim.

Lakin yerdən bıçağı götürən Qulu qarşımı kəsdi və dərhal sinəmə ybıçaqla vurdu. Bıçaq zərbəsinin ağrısından arxam üstə yerə yıxıldım. Daha sonra yenə zərbələr vurdu. Quluya yalvararaq məni vurmamağı israrla xahiş etdim. Lakin o, tez-tez məni bıçaqla vurdu. Neçə dəfə məni vurduğunu görməmişəm. Əlimlə sinəmi tutdum ki, bıçaq dəyməsin, lakin bıçaq əllərimə də dəyib.

Anam isə Qulunu itələməyə çalışdı ki, məni vurmasın, eləcə də qışqıraraq yalvardı. Qulu da anamı əli ilə itələdi, özündən uzaqlaşdırmağa çalışdı, bıçaqla vurmağa davam etdi. Sonra boğazımı bıçaqla kəsdi və bıçağı da götürərək həyətdən getdi. Azyaşlı qızım Vüsalə də yanımda idi.

Bir neçə dəqiqə sonra qardaşım Sadiq, ya da atam gəldi. Onlardan hansının gəldiyini dəqiq xatırlamıram. Məni qucaqlarına alıb avtomobilin arxa oturacağına əyləşdirdilər, əvvəlcə Sabirabad rayon mərkəzi xəstəxanasına apardılar. Orada boğazıma tikiş qoyulduqdan sonra məni Şirvan şəhər xəstəxanasına apardılar. 10 gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxıldım".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Qulu 11 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hərbçimiz vəfat etdi
Ukrayna səfirindən Azərbaycana təşəkkür -FOTO
İran oktyabrın 7-si səhərə qədər uçuşları ləğv etdi

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı