Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonunda işlədiyi anbarda 400 kiloqramlıq neylon rulonun üzərinə düşən gənc həyatını itirib.
Oxu24.com xəbər verir ki,Qazi rayonu Fahri Leylək küçəsində istixana materiallarının satıldığı anbarda işləyən Mustafa Cılız rəfdən düşən təxminən 400 kiloqram ağırlığında neylon rulonun altında qalıb.
Həmkarlarının xəbəri ilə hadisə yerinə həkim briqadası göndərilib.
Qazipaşa Dövlət Xəstəxanasına aparılan Cılızı müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR