Zelenski sosial media hesabından verdiyi açıqlamada Ukraynanın paytaxtı Kiyevdə Yaponiyanın xarici işlər naziri Hayaşi ilə görüşdüyünü bildirib.
Oxu24.com xəbər verir kiGörüşdə G7-nin Ukrayna bəyannaməsinin hazırlanmasında təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli saziş üçün danışıqlara başlamaq barədə razılığa gəldiyini qeyd edən Zelenski, "Asiyadakı əsas tərəfdaşımız olmağa davam etdiyi və Ukraynanı dəstəklədiyi üçün Yaponiyaya minnətdaram",-deyə qeyd edib
Yaponiyanın Kiyevdəki səfirliyi bildirib ki, Hayaşi bu gün Kiyevə gəlib.
Hayaşinin səfəri onun Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk səfəri olması ilə diqqət çəkir.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR