Birləşmiş Ştatlar NATO-nun hava təhlükəsizliyi missiyasının ehtiyacları üçün Rumıniyada bir neçə F-16 döyüş təyyarəsi yerləşdirmək niyyətindədir.
Oxu24.com xəbər verir ki,bu barədə Radio Romania International radiostansiyası məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, stansiyanın materialına görə, Rumıniyada tapılan dron qalıqları ilə bağlı insident xarici işlər naziri Luminica Odobescu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı müzakirə olunub.
RRI-nin məlumatına görə, hava məkanının mühafizəsi üzrə ikitərəfli əməkdaşlığın gücləndirilməsi mövzusu da müzakirə edilib və bu kontekstdə NATO-nun hava məkanının mühafizəsi missiyalarına dəstək məqsədilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir neçə F-16 qırıcı təyyarəsinin Rumıniyada yerləşdirilməsi qeyd edilib.
Materialda bildirilir ki, ABŞ hakimiyyəti Ukraynanın Dunaydakı limanlarına son hücumlar fonunda Qara dəniz regionunda təhlükəsizliklə bağlı narahatlığını ifadə edib və Rumıniyanın ABŞ, Avropa Komissiyası və Ukrayna ilə birgə effektiv həll yolları tapmaqda marağını yüksək qiymətləndirib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR