Ermənilər Xankəndiyə sonradan gəlib. Şəhərin yerli əhalisi azərbaycanlılardır.
OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki, bunu Xankəndi sakini Flora Qasımova deyib.
Flora Qasımova 1947-ci ildə Xankəndi şəhərində doğulub. Onun valideynləri, qohumları da Xankəndidə doğulub və orada yaşayıblar. Flora xanım deyir ki, Xankəndi onun ana vətənidir.
Xankəndidə 28 il yaşayan müsahibimiz deyir ki, sonradan gəlmə ermənilərin şəhərdə yaşayan azərbaycanlılarla münasibətləri yaxşı deyildi. Onlar hər vəchlə azərbaycanlıları sıxışdırmağa çalışırdılar.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.76 yaşlı Flora Qasımova Xankəndiyə qayıtmaq ümidini əsla itirməyib. O bir gün doğma şəhərinə qayıdacağına inanır.
Bəli, Flora xanım yenidən doğma yurdunda yaşayacaq. Biz də bu reportajın davamını çox yaxında onun Xankəndidəki evində davam etdirəcəyik.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
ŞƏRHLƏR