Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95037
az

Bu gün Xankəndidə qarşıdurma gözlənilir - Səbəb

10:4809 Sentyabr, 2023
151
  • A

Separatçılar qondarma "parlament"də "prezident" seçkiləri keçirəcək. İki namizəd var: biri Araikin xələfi hesab olunan və keçmiş "Qarabağ klanı"na daxil olan bütün qüvvələr tərəfindən dəstəklənən Samvel Şahramanyan, digəri Paşinyana yaxınlığı ilə tanınan, Ağdam-Xankəndi yolunun açılmasını - bu, məqsədyönlü mövqedir - qəbul edən Samvel Babayandır;

OXU24.COM  axar.az-a istinadən bildirir ki, Babayanın "namizədliyi" qeydə alınmadığı üçün Şahramanyan yeganə "namizəd" kimi separatçıların yeni "başçısı" olacaq. Erməni mənbələr qondarma "seçki" günü (9 sentyabr) Babayan və dəstəsinin müqavimətə hazırlaşdığını bildirir, Babayan özü də bunu gizlətmir. Separatçı rejimin müqavimətə qarşı sərt tədbirlər görüləcəyi, erməni əhalisini "təxribatlara" uymamamağa çağırması haqda dedikləri də bu gözləntini artırır.
Ətraflı

Baş verənlər "seçki günü" Xankəndidə qarşıdurmanın yarana biləcəyini göstərir, hərçənd, mövcud vəziyyətdə Babayan "zəif bənd"dir və onun Şahramanyanı dəstəkləyən qrupa qarşı nəticə əldə etməsi çətin görünür. Bu baxımdan, qondarma "seçki" baş tutarsa, Şahramanyan separatçıların yeni "başçısı" olacaq.

Rəsmi Bakının suverenliyimizə qarşı olan qondarma "seçkilərin" qəbul edilməyəcəyinə dair bəyanatı, o cümlədən, diplomatlar üçün keçirilən brifinqdə Bayramov, Hacıyev və Əmirbəyovun açıqlamaları praktiki müstəvidə addımların atılmasını da ön plana çıxarır. Bu addımların "seçki günü", yaxud ondan sonrakı günlərdə atılması mümkündür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu pendiri hətta böyük endirimlə də almayın -XƏBƏRDARLIQ
Biləsuvarda mikroavtobusda bıçaqlanma -Saxlanılan var
Azərbaycanlı xasiyyətinə sahib rumıniyalı kürəkən: Telefonu “ana qurban” deyərək açır

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı