Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9503
az

9 günün gəlini elə bir şey etdi ki - eşidənlər inana bilmədi/ FOTOLAR

16:5931 Yanvar, 2019
1212
DÜNYA
  • A
 
Türkiyə Eskişehirdə 9 günlük həyat yoldaşı Yunis Birqollunu ürəyindən bıçaqlayaraq öldürdüyü iddiasıyla həbs olunan Semra Birqollunun mühakimə olunmasına başlanıb.

Oxu24.com   türk mediasına istinadən xəbər verir ki, Semra Birqollu məhkəmədəki müdafiəsində "məni çox qısqanırdı, evdə mübahisə edərkən qorxutmaq üçün bıçağı atdım, ürəyinə sancdı" deyib.

Hadisə 4 sentyabr 2018-ci il tarixində Şirintepe Məhəlləsində baş verib. Bıçaqla ağır yaralanan Yunis Birqollu 112 sanitar maşını ilə Eskişehir Yunus Əmrə Dövlət Xəstəxanasına aparılıb. Burada müalicə olunan Birqollu polislərə verdiyi ilkin ifadədə qəza nəticəsində bıçağın üzərinə düşdüyünü deyib. Vəziyyətdən şübhələnən Polis İdarəsi Asayiş Şöbəsinin əməkdaşalrı Semra Birqollunu sorğuya alıb.

Məhkəmə heyəti məhkəmə işindəki nöqsanların aradan qaldırılması üçün məhkəmə iclasını 28 mart 2019-cu il tarixinə təxirə salıb.

Yunus Birqollunun atası Yaqub Birqollu, anası Fatma Birqollu ədliyyə çıxışında Semra Birqollunun ən ağır şəkildə cəzalandırılmasını istədiklərini deyib.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Putinin üzrxahlığı niyə birmənalı qarşılanmır? -DETALLAR
Husilər ABŞ PUA-sını vurdular -FOTO
Türkiyədən ÜZÜCÜ XƏBƏR: çox sayda yaralı var

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır