Rusiyanın Xabarovsk diyarının Amursk şəhərində iki məktəbli bir neçə saat ərzində dəyənəklə kişiyə işgəncə veriblər.
Oxu24.com xəbər verir ki,bu barədə Amur Mash Telegram kanalı məlumat yayıb.
Hadisə gecə Lesnaya küçəsindəki mağazanın yaxınlığında baş verib.
Videoda əlil kişinin gənc oğlanlar tərəfindən işgəncəyə məruz qaldığı əks olunub.
Mənbənin sözlərinə görə, hücumçular qısa fasilələr verərək, köməksiz şəxsi üç saatdan çox döyüblər. Zərərçəkmiş daha sonra xəstəxanaya çatdırılıb və hazırda onun həyatı üçün təhlükə yoxdur.
Məlum olub ki, yeniyetmələrdən biri artıq tutulub və onlar hələ də onun şərikini axtarırlar. Saxlanılan şəxsin uzun müddət PDN-də qeydiyyatda olan 14 yaşlı 8-ci sinif şagirdi olduğu üzə çıxıb. Azyaşlılar barəsində “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR