Gürcüstan prezidenti Zurabişvili: hamı mənim istefam barədə xəyal qurmağı dayandırmalıdır
Gürcüstan prezidenti Salome Zurabişvili videomüraciətində ölkənin hakim partiyasının Avropa İttifaqına razılaşdırılmamış səfərlərinə görə ona impiçment elan etmək təşəbbüsünə baxmayaraq, istefa vermədiyini və Avropa ölkələrinə səfərlərini davam etdirəcəyini bildirib.
Oxu4.com xəbər verir ki,Bu barədə RİA Novosti məlumat yayıb.
“Heç yerə getmirəm, düşünürəm ki, hamı mənim istefam barədə xəyal qurmağı dayandırmalıdır. Mən olduğum yerdəyəm, amma hara lazımdırsa, gedəcəm, çünki bu, mənim ən yüksək konstitusiya məsuliyyətimdir”.
Gürcüstan prezidenti Salome Zurabişvili hökumətin icazəsi olmadan getdiyi Avropa turnesinə görə impiçmentlə üzləşib. Hakim “Gürcü arzusu” partiyası konstitusiya məhkəməsinə müraciət etmək üçün lazım olan imzaları toplamaq niyyətindədir. Baş nazir İrakli Qaribaşvili bu qərarı dəstəkləyib və Zurabişvilinin etimadını itirdiyini vurğulayıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR