Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94977
az

Makron: Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz

18:5407 Sentyabr, 2023
112
DÜNYA
  • A

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya bayrağının nümayişinə icazə verilməyəcək.

Oxu24.com xəbər verir ki,Makron L'Equipe qəzetinə verdiyi açıqlamada 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında Parisdə keçiriləcək Olimpiya Oyunları ilə bağlı qiymətləndirmələr edib.

“Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz”. Makron iddia edib ki, Rusiyanın “müharibə cinayətləri törətdiyi bir vaxtda 2024-cü il Olimpiadasında yeri yoxdur”.

Makron bəyan edib ki, rusiyalı idmançıların Olimpiya Oyunlarında fərdi şəkildə iştirak etmək qərarı Beynəlxalq Olimpiya Komitəsinə məxsusdur.

Emmanuel Makron: “Olimpiya dünyasının həll etməli olduğu əsas məsələ bəzən ömürlük hazırlaşan və həm də bu rejimin qurbanına çevrilə bilən bu rusiyalı idmançılara hansı yeri verəcəyidir”,-deyə qeyd edib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə Ukrayna, nə də Rusiya danışıqlara hazırdır - Ağ Ev
İran Ermənistana qoşun yeridəcək? -VİDEO
BMT Putinlə Trampın mümkün görüşündə maraqlıdır

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib