Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9497
az

Azərbaycanda 16 nəfər "donuz qripi”nə yoluxdu

14:2731 Yanvar, 2019
1124
CƏMİYYƏT
  • A
 
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 16 nəfərin "donuz qripi”nə yoluxmasına dair xəbər yayıb.

Oxu24.com   xəbər verir ki, təşkilatın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda А/H1N1virusuna (donuz qripi) yoluxma halının təsdiqini tapdığını bildirib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi bildirib ki, Azərbaycanda "donuz qripi”nə yoluxma qeydə alınmayıb.
Qeyd edək ki, ÜST-nin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu Azərbaycanda 2019-cu ilin yanvar ayının ilk 3 həftəsi ərzində laborator yoxlamalar zamanı 82 nümunədən 42-də müsbət nəticə əldə edildiyi,  16 halda  А/H1N1 virusunun üzə çıxdığı barədə məlumat yayıb. Aşkarlanan virusların 5-i А/H3, 22-i A virusudur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu