Rusiya Şimali Koreya ilə münasibətlərini çox yüksək qiymətləndirir və digər ölkələrin nümayəndələrinin qiymətləndirmələrinə baxmayaraq, onları inkişaf etdirməyə çalışır.
Oxu24.com xəbər verir ki,bunu jurnalistlərlə söhbəti zamanı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bizim Pxenyanla öz münasibətlərimiz var. Biz bu əlaqələri yüksək qiymətləndiririk, bu, bizim qonşumuzdur . Və təbii ki, biz digər ölkələrin fikirlərini nəzərə almadan onlarla münasibətləri daha da inkişaf etdirəcəyik", - deyə o bildirib.
Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirmişdi ki, Birləşmiş Ştatlar Şimali Koreyanı Rusiyaya silah tədarük etmək planlarından imtina etməyə inandırmaq niyyətindədir.
Bundan əvvəl ABŞ bəyan etmişdi ki, guya Rusiyanın KXDR və İrandan aldığı silahlardan Ukraynada əməkdaşlıq çərçivəsində istifadə etmək niyyətindədir. Moskva bütün bu iddiaları rədd edir.
Müəllif Nigar
Oxu24.com
ŞƏRHLƏR