Fransa qərargahı Tuluzada (Fransanın cənubu) yerləşən Delair şirkətinin istehsalı olan 150-dən çox pilotsuz uçuş aparatını Ukraynaya tədarük etməyə başlayıb.
Oxu24.com xəbər verir ki,Bu barədə özünün X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu məlumat verib.
“150-dən çox dron Ukrayna tərəfindən seçilib, çatdırılma Fransa tərəfindən maliyyələşdirilib və artıq həyata keçirilir”, - nazir bildirib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR