BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq dünyanın istənilən yerində tükənmiş uranın istifadəsi ilə bağlı narahatlığını ifadə edib.
Oxu24.com xəbər verir ki,Bu barədə o, RİA Novosti məlumat yayıb.
“Dünyanın istənilən yerində tükənmiş uranın istifadəsi ilə bağlı narahatlığımız daimi olub və bu günə qədər də davam edir”, - deyə Haq ABŞ hakimiyyətinin Ukraynaya bu tip mərmi tədarük etmək qərarını şərh edərkən bildirib.
Sentyabrın 6-da Pentaqon məlumat yayıb ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya daha 175 milyon dollar yardım ayrılmasını təsdiqləyib. Hərbi yardım paketinə Abrams tankları üçün tükənmiş uranı olan 120 mm-lik tank sursatının da daxil olacağı dəqiqləşdirilib.
Bundan əvvəl “Politico” anonimlik şərti ilə məlumatlı ABŞ rəsmisinə istinadən yazıb ki, Ağ Ev çərşənbə günü yeni müdafiə yardımı paketi çərçivəsində ilk dəfə olaraq Ukraynaya tükənmiş uran sursatları göndərdiyini elan edəcək.
Avqustda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova demişdi ki, Qərbin Ukraynaya tükənmiş uran sursatları göndərdiyi torpağı çirkləndirir və bu, torpaqları “yaşamaq üçün yararsız” edir.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR