Fransa hərbi aviasiyasının bir hissəsini, o cümlədən pilotsuz təyyarələri Niger ərazisindən çıxarmaq niyyətindədir.
Oxu24.com xəbər verir ki,bu barədə “France 24” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Fransa hakimiyyəti pilotsuz təyyarələrin əksəriyyətini Nigerdən çıxarmağı və “cihadçılarla mübarizə üçün istifadə olunan” təyyarələrin mövcudluğunu məhdudlaşdırmağı planlaşdırır.
Bundan əvvəl nigeriyalı üsyançılar Fransadan qoşunların ölkədən çıxarılması üçün qrafik təqdim etməyi tələb ediblər. Söhbət Fransa ordusunun qüvvələrinin Mali, Çad, Burkina Faso, Mavritaniya və Nigerdə həyata keçirdiyi Barxan əməliyyatının qüvvələrindən gedir. Ümumilikdə Nigerdə 1,5 minə yaxın fransız əsgəri var və Fransa Baş Qərargahı onların yalnız bir hissəsini geri çəkməyi planlaşdırır.
Sentyabrın 5-də Le Monde mənbələri Fransanın rəhbərliyi hakimiyyəti ələ keçirmiş Niger ordusu ilə Fransa ordusunun ölkədən çıxarılması ilə bağlı danışıqlara başladığını yazıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR