Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94923
az

Almaniya ilin sonuna kimi 10 min ukraynalı əsgərə təlim keçəcək

18:5006 Sentyabr, 2023
71
DÜNYA
  • A

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ilin sonuna qədər ölkədə ümumilikdə 10 min Ukrayna əsgəri təlim keçəcək.

Oxu24.com xəbər verir  ki,büdcə danışıqları çərçivəsində Bundestaqdakı çıxışında Pistorius ölkənin müdafiəsinin yaxşılaşdırılması üçün alman ordusuna, müasir silahlara və əsgərlərə sərmayə yatırdıqlarını bildirib.

Almaniyanın qapısı önündə müharibə davam etdiyi zaman ölkənin təhlükəsizliyində heç bir kəsinti ola bilməyəcəyini deyən Pistorius, Müdafiə Nazirliyi üçün büdcədə 71 milyard avro ayrıldığını, xüsusi fond yaradıldığını xatırladıb.

Pistorius Rusiyanın Ukraynaya hücumunun təkcə Ukraynanın suverenliyinə və azadlığına deyil, həm də beynəlxalq nizama və beynəlxalq hüquqa qarşı hücum olduğunu və Ukraynanı bütün səviyyələrdə dəstəkləməyə davam edəcəklərini bildirib.

Almaniyanın da Ukraynaya silah və təlim verməklə dəstək verdiyinə diqqət çəkən müdafiə naziri Pistorius, "İlin sonuna qədər Almaniyada cəmi 10 min Ukrayna əsgəri yetişdirmiş olacağıq",-deyə qeyd edib.

Pistorius bununla bağlı ilk planlaşdırma addımlarının atıldığını və indi lazımi infrastrukturun yaradılmasının vacibliyini bildirib.

Nazir Pistorius Almaniyanın gələcəkdə ümumi daxili məhsulunun (ÜDM) 2 faizini müdafiə sahəsinə sərmayə qoyacağını, beləliklə, müttəfiqlərə verilən sözə əməl ediləcəyini və NATO-da öhdəliklərini yerinə yetirəcəklərini bəyan edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib
Tailandın xarici işlər naziri Parnpre istefa verib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü