Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94903
az

Yunanıstanda daşqınlar:Ölənlər var

13:2606 Sentyabr, 2023
104
DÜNYA
  • A

Yunanıstanda dünəndən bəri davam edən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 2-yə yüksəlib.

Oxu24.com xəbər verir ki,Yunanıstan yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, Maqnisiyada sel sularından yaşlı bir adamın cəsədi çıxarılıb.

Belə ki, ötən gün həyatını itirən 70 yaşlı insanla ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 2-yə yüksəlib.

Axtarış-xilasetmə qruplarının səylərinə baxmayaraq, selin üstünlük təşkil etdiyi bölgədə itkin düşdüyü bildirilən 80 yaşdan yuxarı 3 nəfər hələ də tapılmayıb.

Dünən başlayan və bu gün də davam edən leysan yağışından sonra baş verən sel və daşqınlar bir çox sağlamlıq ocaqları və xəstəxanalara da təsir edib.


Volos, Larisa, Kardiça və Trikala şəhərlərində bir çox xəstəxana və sağlamlıq mərkəzlərində səhiyyə xidmətləri dayandırılıb, Volos Qocalar Evi boşaldılıb.

Bölgədə nəqliyyat çətin olsa da, Pilioda asfalt yol sel səbəbiylə çökərək ikiyə bölünüb. Bir çox yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. Rayonda su və elektrik enerjisinin kəsilməsi davam edir.

Meteoroloqlar yağıntıların ölkə ərazisində cümə axşamı axşama qədər davam edəcəyini proqnozlaşdırırlar.

Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin rəhbərliyi altında Yunanıstan Meteorologiya Departamentinin müvafiq nazirləri və rəsmilərinin iştirakı ilə dünən axşam keçirilən iclasda meteoroloqlar sentyabrın 5-də yağan yağışın “yəqin ki, ölkə tarixində indiyə qədər görülən ən güclü leysan” olduğunu bildiriblər.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya saytlarına hücum olub
Sahara səhrası su altında qaldı - VİDEO
Rusiyanın İrandakı səfirliyi ruslara müraciət edib

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Məşhur şirkətin regional direktoru bu ölkədə ÖLDÜRÜLDÜ -FOTO