Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94898
az

Bu şəxslər ÇAY içməməlidir!

10:5606 Sentyabr, 2023
176
CƏMİYYƏT
  • A

Ənənəvi içkimiz olan çay çoxsaylı faydalı və müalicəvi  xüsusiyyətlərlə zəngindir.

Lakin bir sıra xəstəliklər zamanı bu içkinin istehlakı ziyanlıdır.

OXU24.COM  xəbər verir ki, qastrit, mədə və 12 barmaq bağırsağı xorası, reflüks kimi həzm sistemi xəstəlikləri zamanı, xüsusilə onların kəskinləşməsi dövründə çayın istehlakı ziyanlıdır. Çay mədənin turşuluğunu artırır ki, bu hal da xəstəliyin gedişatını ağırlaşdırır.

- Bəzi böyrək xəstəlikləri, böyrək daşı xəstəliyi zamanı çayın istehlakını azaltmaq lazımdır. Sidikqovucu təsirə malik olan çay böyrəklərə düşən gərginliyi artırır.

- Yaşlı insanlarda sümük xəstəlikləri (xüsusilə osteoporoz) zamanı çayın həddindən artıq istehlakı ziyanlıdır  ki, çay sümüklərdən kalsiumun yuyulmasını sürətləndirir .

- Yuxusuzluq, aritmiyalar, hipertoniya zamanı da çayın istehlakı ziyan vura bilər ki, tərkibində kofein olan çay qıcıqlandırırcı təsir edir və həmçinin ürək döyünməsinin tezliyi və təzyiqi artırır.

- Qanazlığı zamanı çay içmək tövsiyə edilmir ki, çay yeməklərdən dəmirin və zülalların mənimsənilməsinin qarşısını alır.

- Hamiləlik zamanı da çayın istehlakını minimuma çatdırmaq lazımdır ki, çay ürək və böyrək üçün əlavə gərginlik yaradır. Hamiləlik zamanı isə bu orqanlar onsuz da əlavə gərginliklə çalışır. Yapon alimlərinin araşdırmaları göstərib ki, hamiləlik zamanı çoxlu çay içən (bu həm qara, həm də yaşıl çaya aiddir) qadınların uşaqlarının  bədən çəkisi az olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
Yeni informasiya sistemi yaradıldı - REİS
Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib