ABŞ dövlət katibi Entoni Blinken Kiyevə rəsmi səfərə gəlib.
Oxu24.com xəbər verir ki,bu barədə Ukraynanın UNIAN agentliyi Telegram-da məlumat yayıb.
ABŞ dövlət katibi Entoni Blinken Kiyevə rəsmi səfərə gəlib.
Ukraynanın “Strana.ua” nəşrinin məlumatına görə, hazırda Kiyevin mərkəzində hərəkət bloklanıb.
Bundan əvvəl Ukraynanın ZN.UA nəşri diplomatik mənbələrə istinadən ABŞ dövlət katibinin sentyabrın 6-da Kiyevə işgüzar səfərlə gələcəyini yazıb.
Kiyevə mütəmadi olaraq Qərb ölkələrindən siyasətçilər gəlir. Avqustun 23-də Litva Prezidenti Gitanas Nauseda ölkənin Müstəqillik Gününü qeyd etmək üçün Ukraynanın paytaxtına gəlib.
Bir gün əvvəl Macarıstan Prezidenti Katalin Novak Ukraynaya gəldi, o, Transcarpathia da oldu.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR