Nigeriyanın şimalındakı Katsina əyalətində silahlı hücumda 7 nəfər ölüb, 12 nəfər qaçırılıb.
Oxu24.com xəbər verir ki,ölkə mətbuatında yer alan xəbərlərə görə, Katsina əyalətinin Doka bölgəsində şəxsiyyəti hələlik müəyyən edilməyən silahlılar tərəfindən silahlı hücum təşkil edilib.
Hücumda biri qadın olmaqla 7 nəfər həyatını itirib, çox sayda insan yaralanıb, 12 nəfər qaçırılıb.
Nigeriyanın şimalı silahlı dəstələr səbəbindən böyük təhlükəsizlik böhranı ilə üzləşib. Dəstələr fidyə üçün adam oğurluğu, soyğunçuluq və qətl də daxil olmaqla bir çox cinayətlərdə iştirak edirlər.
Müəllif Nigar
Oxu24.com
ŞƏRHLƏR