Rusiyanın FHN-nin qadınlardan ibarət komandası İstanbulda keçirilən yarışlarda yanğın-xilasetmə idmanı üzrə dünya çempionu olub.
Oxu24.com xəbər verir ki,bu barədə idarənin özündən məlumat verilib.
“İndiki şəraitdə çempionat Rusiyanın öz bayrağı altında yarışdığı nadir dünya çempionatlarından biridir”, - deyə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov bildirib.
Rusiya yarışda iyirmi idmançı ilə təmsil olunub. Çempionatda iyirmi ölkədən komanda iştirak edib.
Kurenkovun sözlərinə görə, dörd gün davam edən yarışda Fövqəladə Hallar Nazirliyinin birləşmiş komandaları əla nəticələr göstərib. Rusiya idmançıları yaxşı hazırlıq, dözümlülük, fiziki qabiliyyət və qələbə əzmi nümayiş etdiriblər.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR