Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94887
az

Bədəni siqaret qalığından təmizləyən 4 VASİTƏ

00:3606 Sentyabr, 2023
187
CƏMİYYƏT
  • A

Orqanizmi tütün qalığı nikotindən təmizləyən 3 super qida var.

OXU24.COM  xəbər verir ki, dietoloq Mariya Kapralova intoksikantlarla - alkoqol, dərman, nikotinlə ən yaxşı mübarizə vasitələrini açıqlayıb.

"Bunlar nar, limon, zəncəfil və brokkolidir. Onlar qanın keyfiyyətini yaxşılaşdırır və ümumilikdə qan dövranını tənzimləyir. Alkoqol içənlər, siqaret çəkənlər, qaraciyəri dərmanla yüklənənlər, eləcə də bunları tərgidənlər orqanizmə dəstək üçün bu qidaları qəbul etməlidir. Nar qanda eritrositlərin miqdarını artırır. Limon V vitamini ilə zəngindir. Zəncəfil siqaretə istəyi azaldır.
Bütün kələm növləri bədəni təmizləyir, amma brokkoli ümumilikdə maddələr mübadiləsi proseslərini tənzimləyir.

Nikotin neyrotoksiki zəhərdir, neyron və sinir hüceyrələrinin ölümünə səbəb olur. Nikotindən asılılıq narkotik kimidir.
Bədənin nikotinlə zəhərlənməsinin əlamətləri:

- Ürəkbulanma, qusma
- Qarında ağrı
- Tərləmə
- Ağızdan su axma
- Qıcolmalar, huşun dumanlanması, əsəbilik
- Baş ağrıları
- İştahın artması
- Daim tütün iyləmə, siqaret çəkmə istəyi

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elçilikdə "yox" cavabı alan kişidən ağlagəlməz əməl - - təfərrüat
Marketlərdə satılan toyuqlara öldürücü dərman qatılır? - Professor AÇIQLADI
Suriyaya qarşı sanksiyalar mərhələli şəkildə ləğv ediləcək