Meksikada cinsiyyətin müəyyən edilməsi mərasimində sahəyə çəhrayı toz ataraq uçan kiçik Cessna təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb.
Oxu4.com xəbər verir ki,Meksikanın Sinaloa əyalətinin Navolato şəhərində keçirilən cinsiyyətin müəyyənləşdirilməsi gecəsi fəlakətlə başa çatıb.
Körpənin cinsiyyətini açıqlamaq üçün şənlik keçirilən ərazidə havadan çəhrayı toz qoyan Cessna tipli kiçik təyyarə qanadı qırıldıqdan sonra yerə çırpılıb.
Cinsiyyəti məlum olan zaman qəzada yaralanan təyyarənin pilotu 38 yaşlı Luis Anxel Lopez Heras aparıldığı xəstəxanada dünyasını dəyişib.
Ziyafət iştirakçılarının cib telefonu kamerası ilə lentə aldığı görüntülərdə təyyarənin şənlik sahəsinə doğru endiyi, çəhrayı toz buraxdığı, sonra qəfil havaya qalxdığı, daha sonra qanadı qırılaraq yerə çırpıldığı görülüb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR