Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94879
az

Xəstələrə dərman əvəzinə su verib,dərmanları satan həkim belə tutuldu - VİDEO

21:3705 Sentyabr, 2023
3360
SON DƏQİQƏ
  • A

Rusiyanın Nijni Novqorod vilayətində polis əməkdaşları Semenov şəhərinin Mərkəzi Rayon Xəstəxanasının onkologiya şöbəsinin müdirini saxlayıblar.

Oxu24.com xəbər verir  ki,bu barədə NewsNN portalı mənbəyə istinadən məlumat yayıb.

Portal qeyd edir ki, ilkin məlumatlara görə, həkim tabeliyində olanlara xəstələrə bahalı dərmanlar əvəzinə adi su verməyi tapşırmaqda və dərman pulunu özü üçün götürməkdə şübhəli bilinir.

Onkoloqun saxlanmasının görüntüləri internetdə yayımlanıb.

Qeyd edək ki, avqust ayında hüquq-mühafizə orqanlarının əməkdaşları Semenovskaya Mərkəzi Rayon Xəstəxanasının baş iqtisadçısını korrupsiya faktı ilə bağlı saxlayıblar. Yerli KİV-lər rayonda təmir üçün ayrılmış feldşer-mama məntəqələrinin tam olaraq təyinat yerinə çatmadığını bildiriblər.

Mərkəzi Rayon Xəstəxanasının baş iqtisadçısı təcili yardım maşını ilə həbsdən qaçmağa çalışsa da, buna nail ola bilməyib.

 

 

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artisti vəfat etdi
Nazir müavinindən Bakı-Sumqayıt yolundakı sıxlıqla bağlı  AÇIQLAMA
Xırdalanda Romanın meyiti tapıldı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib