Oxu24.com xəbər verir ki,BBC-nin Fransa Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Fransa məktəblərində ənənəvi müsəlman abayasında olan 300 qızın təhsil almasına icazə verilməyib.
Abaya bir sıra müsəlman ölkələrində hicab və ya niqab ilə geyilən uzun qadın paltarıdır.
Bu yaxınlarda Fransanın dövlət məktəblərində belə geyimlərə qadağa qoyulub.
Rəsmi statistikaya görə, dərs ilinin əvvəlində 15 yaşdan yuxarı 298 qız məktəbə indi qadağan olunmuş paltarda gəlib.
Qadağan olunmuş paltarda gələn qızların ümumi sayından 67-si paltarını dəyişməkdən imtina edərək evə göndərilib. İndi məktəb rəhbərliyi onların valideynləri ilə müzakirələrə başlayacaq, amma nəticə olmasa, qızlar məktəbdən xaric edilə bilər.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR