Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94861
az

“TikTok”da falçılıq edən kişi saxlanıldı - Video

17:2505 Sentyabr, 2023
194
  • A

“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişdirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldanılması barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu tipli talama əməllərində şübhəli bilinən şəxs - 1985-ci il təvəllüdlü Fuad Məmmədov saxlanılıb.

Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdə özünü “falçı” və “baxıcı” kimi təqdim edərək vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirdiyi müəyyən edilib. F.Məmmədov məsuliyyətdən yayınmaq üçün pulunu ələ keçirdiyi şəxslərin hesablarını sonradan bloklayıb.

Qeyd olunan faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir:

“F.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər”-, deyə məlumatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qəza: işıqfor yararsız vəziyyətə düşdü -Anbaan VİDEO
Bazar gününə olan hava proqnozu
Azərbaycanda xəstələrin bülleten dərdi: İnsanların müalicə almaq hüququ belə pozulur

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı