Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94859
az

Oğlum tapılsaydı gözlərim yoldan çəkilərdi - I Qarabağ mühribəsində itkin düşən şəxsin anası

16:3805 Sentyabr, 2023
69
CƏMİYYƏT
  • A

Dövlətimizdən xahiş edirik ki, oğlumun tapılmasında kömək eləsin.

OXU24 bildirir ki, bunu Trend-ə açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşən Bəxtiyar Fətullayevin anası Sona Fətullayeva deyib.

O bildirib ki, oğlu Bəxtiyar 1994-cü ildə Füzuli rayonunun Əhmədbəyli kəndi uğrunda döyüşüb.

"Döyüş yoldaşlarının dediyinə görə, oğlum qəhrəmancasına döyüşüb. Lakin mühasirəyə düşüb. Ondan sonra oğlumdan hələ də heç bir məlumat yoxdur. Yoldaşım çox axtardı, amma, tapa bilmədi. Bizim də gözümüz yollardan çəkilsin", - deyə S. Fətullayeva bildirib.
 

Qeyd edək ki, bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşa həbsxanası ərazisində aşkarlanan kütləvi məzarlığı ziyarət edib.

Onlara kütləvi məzarlıqla bağlı məlumat verilib.

Xatırladaq ki, avqustun 1-dən 15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN