Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94837
az

Keniya bütün ölkələr üçün vizanı ləğv etməyi planlaşdırır

23:4504 Sentyabr, 2023
198
DÜNYA
  • A

Keniya prezidenti Uilyam Ruto ölkəsinin bir neçə ay ərzində bütün ölkələrə viza azadlığı verməyi planlaşdırdığını açıqlayıb.

Oxu24.com xəbər verir  ki,Paytaxt Nayrobidə keçirilən Afrika İqlim Sammitində danışan Ruto Keniyanın bəşəriyyətin ilk məskənlərinə ev sahibliyi etdiyinə diqqət çəkərək, buranı ziyarət edənlərdən viza istəməyin doğru olmayacağını bildirib.

Ölkəsinin bütün bəşəriyyətin vətəni olduğunu bildirən Ruto, "Bir neçə ay ərzində bütün vizaları ləğv etməyi planlaşdırırıq",-deyə məlumatda qeyd edilib.

Vəzifəyə gəldiyi gündən bəri bir çox ölkə ilə vizaları ləğv edən Ruto daha əvvəl bütün afrikalılara viza azadlığı verəcəyini açıqlamışdı.

Afrika İttifaqı və Keniya hökumətinin birgə keçirdiyi “Afrika və dünya üçün yaşıl inkişaf və iqlimin maliyyələşdirilməsi həllərinin dəstəklənməsi” mövzusunda sammit Nayrobidəki Kenyatta Beynəlxalq Konqres Mərkəzində keçirilir. 3 günlük sammit dekabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP28) Tərəflərin 28-ci Konfransı öncəsi danışıqlar öncəsi və ilkin hazırlıq kimi qiymətləndirilir.

Sammitdə Afrika dövlət başçıları, COP28 prezidenti Sultan Əl Cabir, ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, eləcə də bir çox beynəlxalq təşkilatlar iştirak edir.

Sammitin sonunda Afrikanın yaşıl enerjiyə keçid planını ehtiva edən Nayrobi Bəyannaməsinin dərc olunması planlaşdırılır.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynanın İtaliyaya yeni istəyi məlum olub
Nöqsanlara görə 40-dan çox bağçanın müdiri işdən çıxarıldı
Türkiyə və Özbəkistan XİN başçıları regional məsələləri müzakirə ediblər

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Məhkəmə Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında şikayəti icraata götürdü