Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94811
az

Braziliya 1999-cu ildən bəri Rusiyadan ilk uran partiyasını alır

14:4704 Sentyabr, 2023
108
DÜNYA
  • A

Rusiya 23 illik fasilədən sonra Braziliyaya 72 milyon dollara 54 ton uran verdi.

Braziliya 1999-cu ildən bəri ilk dəfə Rusiyadan təbii və zənginləşdirilmiş uran partiyasını alıb.

Oxu24.com xəbər verir ki,RİA Novosti-nin Braziliya statistikasına istinadən verdiyi məlumata görə, ölkə 27,1 ton zənginləşdirilmiş və 26,9 ton təbii urana görə 72 milyon dollar ödəyib.

Çatdırılmalar Rosatom ilə Braziliyanın INB şirkəti arasında 2022-ci ildə bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqaviləyə əsasən, Rusiya 2023-cü ildən 2027-ci ilə qədər Braziliyadakı yeganə Angra Atom Elektrik Stansiyasını zənginləşdirilmiş uranla tam təmin edəcək.

Bundan əvvəl Braziliya uranı Böyük Britaniya, Qazaxıstan, Kanada, Almaniya, İsveç və ABŞ-dan alırdı. “Rosatom”la müqavilə imzalandıqdan sonra digər ölkələrdən uran idxalı dayandırılıb.

Rusiya və Braziliya 1993-cü ildən nüvə sahəsində əməkdaşlıq edir. Rosatom Braziliyanın nüvə təbabəti üçün izotop məhsullarının əsas tədarükçüsüdür və nüvə yanacaq dövrü üzrə tərəfdaşlıqları inkişaf etdirir.

Ötən həftə Rusiyanın Braziliyadan dərman alışını iki dəfə artırdığı məlum olub.

Bundan əvvəl Financial Times Nigerdəki vəziyyətlə əlaqədar investorların urana marağı barədə yazmışdı.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əlcəzairin hazırkı prezidenti yeni müddətə yenidən seçilib
Ermənistan kömək üçün Hindistana üz tutdu
Vuçiç Serbiyada hərbi xidmətin bərpasını dəstəkləyib


Qalmaqallı hakim məhkəmə sistemindən QOVULDU -FOTO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
“Sakit infarktı” necə tanımalı? Onu heç hiss etməmək mümkündürmü?

Bu ölkənin prezidenti hücuma məruz qaldı: xənçərlə başından vurdular