Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94804
az

Paşinyan kələfin ucunu itirib - "Qərar"larına təsir edən çarəsizlik...

14:0104 Sentyabr, 2023
93
CƏMİYYƏT
  • A

Beynəlxalq çıxışlarda vahid siyasi xətt yeritməyən, şəxsi maraqlarını üstün tutan Paşinyan bu dəfə də dalana dirənib. Çıxış etdiyi beynəlxalq konfranslada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayan Paşinyan yenə əsl xarakterini üzə çıxarıb. Belə ki, əqidəsinə uyğun hərəkət edən siyasi "lider" son açıqlamasında Azərbaycanın qarşısına şərt qoyub, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsini qabardıb.

Ölkədə açıq aşkar ikitirəlik yaranıb, xaos hökm sürür.

Rusiyanın ətəyindən buraxıb, qərbə sığınan hakimiyyət çək-çevir içərisindədir. Kremlin patronajlığı altında olan KTMT-dan çıxması onsuz da Ermənistanın Rusiya ilə olan münasibətinə qara kölgələr salmışdı. Paşinyan hakimiyyəti indi ölkədə at oynadan revanşist-radikal qüvvələrin çaldığı havaya oynamaq niyyətindədir. Ermənistan baş naziri Nikol Paşinyan yalnız bu variantda hakimiyyətini qoruyub, həbsxanaya qapadılmaq təhlükəsindən yayına biləcəyinə ümid bəsləyir.


Digər tərəfdən, keçmiş prezidentlər - Robert Köçəryan və Serj Sarkisyanın qruplaşmaları, Qarabağdakı separatçıların əsas məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdıraraq, Ermənistanla Azərbaycan arasında yekun sülh sazişini dayandırmaqdan ötrü bütün imkanlardan istifadə etmək və Zəngəzur dəhlizi layihəsinin üstündən xətt çəkməkdir.

Sabiq prezidentlərin əlatısı Araik Artunyan çox əl-ayağa düşsə də zəif fiqur idi. Onu əvəzləyən Samvel və ətrafındakılar isə daha radikal mövqeləri ilə seçilirlər. Arkadi Qukasyan və Bako Saakyan xəttinin davamını özlərinə prioritet seçərək bütün hallarda sülh sazişinin imzalanmasına və Brüssel prosesinin inkşafına hər vəchlə mane olurlar.

Ermənistanda baş verən son siyasi proseslər və dəyişikliklərə baxanda Rusiyanın səthi müdxailəsini görmək elə də çətin deyil. Köçəryan-Sarksyan qruplaşması "Rusiyaya itaət" prinsipi əsasında damaqlarında qalan dadı yenidən yaşamaq uğrunda canfəşanlıqla fəaliyyət göstərirlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO