ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ prezidenti Co Baydenə qarşı impiçment araşdırmasının başlanmasına səs verməyə hazırlaşır.
Oxu24.com xəbər verir ki,Konqresmen Marjorie Taylor Green bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
"Biz impiçment araşdırmasının açılmasına səs verəcəyik",-deyə xəbərdə bildirilir.
Onun sözlərinə görə, Baydenin həm öz adı, həm də təxəllüsü ilə apardığı bütün kommunikasiyaları ictimaiyyətə açıqlamağın vaxtı çatıb. Qrin, həmçinin bank çıxarışlarını, gəlir mənbələrini, Delaverdəki evində ziyarətçi jurnalını göstərməli və bu görüşlərin təfərrüatlarını təqdim etməli olacaq. Bundan əlavə, Amerika prezidenti “zehni tənəzzülü” maskalamaq üçün istifadə etdiyi dərmanları nümayiş etdirməlidir.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR