G20 üzvləri arasında Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Braziliyanın 2024-cü ildə G20-yə sədrliyinə mane ola bilər.
Oxu24.com xəbər verir ki,bu barədə CNN Brasil məlumat yayıb.
"Braziliya Xarici İşlər Nazirliyinin qərargahı blokun parçalanması və Avropada münaqişənin Braziliyanın sədrliyinin üzərinə qoyulacaq mürəkkəbliyi və əlavə məsuliyyəti yaxşı bilir", - mesajda deyilir.
Buna baxmayaraq, kanalın mənbəsinin qeyd etdiyi kimi, G20-yə sədrlik edən istənilən ölkə üçün çətinliklər qaçılmaz olardı, çünki bu iqtisadi təşkilat Ukrayna münaqişəsinin həllinə az təsir göstərə bilər.
Qeyd edək ki, hazırda G20-yə Hindistan sədrlik edir və sentyabrın 9-10-da Yeni Dehlidə G20 sammitinin keçirilməsi nəzərdə tutulub. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi təsdiq etmişdi ki, departament rəhbəri Sergey Lavrovun Hindistanda keçiriləcək G20 sammitində prezident Vladimir Putinin adından nümayəndə heyətinə başçılıq edəcəyi bildirilir.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR