İsrailin baş naziri Benyamin Netanyahu İordaniya ilə sərhəddə divar tikmək planlarını açıqlayıb.
Oxu24.com xəbər verir ki,yəhudi dövlətinin hakimiyyəti əhalini qeyri-qanuni miqrantlardan qorumağa hazırlaşır.
"Biz Misirlə cənub sərhədində maneələr qurduq və qeyri-qanuni mühacirlərin İsrailə daxil olmasını dayandırdıq. İndi biz İordaniya ilə şərq sərhədində maneələr yaradacağıq və bu ərazidən də nüfuz etmənin qarşısını alacağıq", - Netanyahu telegram kanalında yazıb.
O, diqqəti İsrail-Misir sərhəddində divarın tikintisi sayəsində Afrikadan bir milyondan çox qaçqının nüfuzunun qarşısını almaq mümkün olduğuna diqqət çəkib. Bu, baş nazirin fikrincə, sadəcə olaraq bütün İsraili məhv edə bilər.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR