Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94777
az

Xərçəngin inkişafına səbəb olan iki vitamin açıqlanıb

21:5603 Sentyabr, 2023
228
CƏMİYYƏT
  • A

Karolinska Universitetinin (İsveç) alimləri müəyyən ediblər ki, insan bədənində C və E vitaminlərinin çox olması ağciyər xərçənginin inkişafına təkan verə bilər.

“OXU24.COM ” xəbər verir ki, araşdırmanın nəticələri The Journal of Clinical Investigation (JCI) jurnalında dərc olunub.

Tədqiqatın müəllifləri antioksidantların gəmiricilərin orqanizminə təsirini öyrəniblər. Antioksidantlar orqanizmdə oksidləşdirici proseslərlə mübarizə aparan molekullardır. Məlumdur ki, C və E vitaminlərinin tərkibində bu maddələrin böyük miqdarı mövcuddur.

Məlum olub ki, onların yüksək tərkibi daimi qan tədarükünə ehtiyacı olan şişlər də daxil olmaqla yeni qan damarlarının böyüməsinə səbəb olur. Bu da öz növbəsində qanda olan oksigenlə xərçəngli böyümələri qidalandırır və onlar şişməyə başlayırlar.

Tədqiqatçılar siçanlar üzərində daha bir neçə təcrübə aparıblar ki, bu da yalnız nəticələri təsdiqləyib. Məlum olduğu kimi, şişlərin böyümə sürəti antioksidantların dozasının artması ilə birbaşa mütənasibdir. Mütəxəssislərin fikrincə, bu, vitaminlərin həddindən artıq istehlakının təhlükəsindən xəbər verir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur azərbaycanlı müğənni indi şirniyyat bişirib satır - FOTO
Seysmoloji Xidmət zəlzələ ilə bağlı əhaliyə müraciət etdi
Elçilikdə "yox" cavabı aldığı qızı və anasını MAŞINLA VURDU

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə!- Sənəd qəbulu dayandırılır
Lətif Nəbiyev    azadlığa    buraxıldı