Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9476
az

Tibb tarixində İNQİLAB - Xərçəng xəstələri TAMAMİLƏ SAĞALACAQ?

22:0030 Yanvar, 2019
794
DÜNYA
  • A
 
İsrailli dərman firması bir il içində Xərçəng xəstələrini tamamilə sağaldacaq dərman hazırlayacağını iddia edib.

Oxu24 bildirir ki, son illər bəşəriyyətin ən böyük bəlasına çevrilən Xərçəng xəstəliyinin müalicəsi ilə bağlı araşdırmalar davam edir. Xəstəlik hər kəsdə fərqli şəkildə inkişaf etdiyi üçün onun müalicəsini tapmaq hər gün bir az daha çətinləşir.
İsrailin Sürətləndirilmiş Təkamül Biotexnologiya (Accelerated Evolution Biotechnologies) adlı dərman şirkətinin direktoru Dan Aridorun açıqlamasına görə, üzərində çalışılan dərman pereparatı inqilab yaradacaq.
“Bizim müalicə metodumuz ilk gündən etibarən xərçəng xəstələrinə öz təsirini göstərəcək. Müalicə bir neçə həftə davam edəcək və əks təsiri olmayacaq. Üstəlik, yeni müalicə metodu hazırda tədbiq olunanlardan daha ucuz başa gələcək” – deyə direktor açıqlamasında bildirib.

Dərman firmasının yeni müalicə metodu MuTaTo adlanır. Söz “Multi-Target Toxin” qısaldılmasından yaradılıb. MuTaTo konkret Xərçəng hüceyrələri birləşmələrinə hücum edərək müalicənin uğurlu nəticələnməsinə şərait yaradır. Hətta tez-tez mutasiyaya məruz qalan Xərçəng hüceyrələrinə belə təsiri planlaşdırılır.
Həmin dərman şirkətinin SEO-su İlan Moradın iddialarına görə, siçanlar üzərində aparılan araşdırmalar müsbət nəticələrini verib. Belə ki, müalicə nəticəsində sağlam hüceyrələrə zərər gəlmədən Xərçəng hüceyrələrinin qarşısı alınıb. Prosedur uğurla davam edərsə, dərman preparatı bir neçə il müddətində bazara çıxarılacaq.

Hələ ki, səsləndirilən iddialarla bağlı heç bir tibb müəsisəsi məqalə dərc etməyib. Amma firma dediklərini təsdiq edərsə, tibb tarixində inqilab olacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən yaşlı əkizləri doğuldu
Beyni burnuna batmış uşaq xilas edildi - TARİXDƏ İLK

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Tərkibində ən çox B12 vitamini olan qidalar BUNLARDIR
Göyçayda 3 otaqlı ev yanıb