Kreml Rusiyada prezident seçkiləri öncəsi səfərbərlikdən yayınmağa çalışır.
Oxu24.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi Twitter-də yazır ki, bunun üçün Ukraynaya qarşı müharibəyə əcnəbilər cəlb olunur.
Britaniya kəşfiyyatı qeyd edib ki, iyunun sonunda Ermənistan və Qazaxıstanda Rusiya ordusunda xidmət üçün onlayn reklamlar müşahidə edilib. Əcnəbilərə 495 min rubl (5140 dollar) ödəniş və 190 min rubldan (1973 dollar) başlayan maaş təklif edilib.
Qazaxıstanın şimalındakı Kostanay bölgəsində etnik ruslar işə götürülüb. Rusiya, həmçinin 2023-cü ilin may ayından etibarən Mərkəzi Asiya ölkələrindən miqrantları işə cəlb edir, vətəndaşlığı sürətləndirir və 4160 dollara qədər maaş verir.
Kəşfiyyat xatırladıb ki, Mariupoldakı özbək miqrant inşaat işçilərinin pasportları ölkəyə gəldikdən sonra müsadirə edilib, buna görə də onlar Rusiya ordusuna qoşulmağa məcbur olublar.
Məlumdur ki, Rusiyada Mərkəzi Asiyadan olan ən azı 6 milyon miqrant var və Kreml onları potensial işə götürənlər hesab edir.
Rusiya çox güman ki, 2024-cü il prezident seçkiləri ərəfəsində növbəti qeyri-populyar daxili səfərbərlik tədbirlərindən qaçmaq istəyir.Xarici vətəndaşların istismarı, artan itkilərə baxmayaraq, Kremlə hərbi əməliyyatlar üçün əlavə kadrlar cəlb etməyə imkan verir.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR