Maraqlı məqam odur ki, hadisəni binada yaşayan sakinlər görməyiblər. Hazırda bina tam istifadəyə verilmədiyindən yaşayış azdır. Onların da çoxu hələ bağ evlərindədirlər. Elə bu səbəbdən də ərazidə özünəqəsd olayının canlı şahidləri olmayıb. Görənlərin əksəriyyəti isə müsahibədən çəkindi. Biri bu ehtiyatını həmin küçədə yeni işə başlaması, digəri efirdə görünməmək istəyi ilə izah etdi. Hər halda dəyişməz qalan bir fakt var. O da bir məktəblinin ali məktəb yaşına çata bilməməsi, yeniyetmə ömrünün yarıda kəsilməsidir.
Sakinlərin söhbətinə qulaq şahidliyi edən və həmin ərazidə çalışan ustalardan birinin sözlərinə görə, həyatına qəsd edən qız hadisə baş verən binanın sakini deyil. Binanın qapıları isə şifrəlidir, buna görə də çəkiliş qrupumuz hadisənin baş verdiyi mərtəbəyə qalxa, sakinlərin qapısını döyə, kimisə danışdıra bilmədi. Bəs bu qız o binaya necə daxil olub? Elə Xırdalandakı özünəqəsdlərdən sonra da ilk yaranan sual məhz bu idi. Hər halda bütün hadisələrlə əlaqədar hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR