Braziliyanın Bahia əyalətində 3-ü uşaq olmaqla 9 nəfərin yanmış cəsədi tapılıb. Hadisənin narkotik alverçiləri arasında münaqişə və mübahisə nəticəsində baş verdiyi ehtimal edilir.
Oxu24.com xəbər verir ki,Braziliyanın şimal-şərqindəki Bahia ştatında 3-ü uşaq olmaqla 9 nəfərin yanmış cəsədi tapılıb. Meyitlərin şəxsiyyətinin DNT testindən sonra müəyyən ediləcəyi bildirilir və hadisənin narkotik qaçaqmalçıları arasında münaqişə nəticəsində baş verdiyi təxmin edilir.
Milli mətbuatda yer alan xəbərə görə, Bahia əyalətinin Sao Joao qəsəbəsində iki evdə 9 nəfərin cəsədi tapılıb. Yanmış meyitləri tapılan şəxslərdən 3-ü uşaqdır.
Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb və meyitlər şəxsiyyətlərinin müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparılıb.
Qətllərə narkotik alverçiləri arasında münaqişə və çəkişmə səbəb olduğu düşünülür.
Ölkədə zorakılığın ən sıx olduğu əyalətlərdən biri kimi tanınan Bahiada keçən il 6600-dən çox insanın öldürüldüyü paylaşılıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR